25 Haziran 2017 Pazar

Əhməd Batman – SOYUQ QƏHVƏ

Əhməd Batman – SOYUQ QƏHVƏ  

Kitabın təsviri

Gözlərin içimi isidəndə, küləyin qəhvəmi soyutması arzusuyla…
Dünyanın ən yaxşı insanı sən deyilsən, ən yaxşı sən olsan da, fərqi yoxdur, ölümsüz deyilsən. Hamımız bir az əskikik. Kimdən nə qədər əskik olduğumuz, nəyə nə qədər gecikdiyimiz məlum deyil. Məlum olan bir şey var ki, hamımız ölməzdən qabaq başımızı qatırıq. Həyat kaset kimidir, başa yığırıq, çətinliyə düşən kimi gizlənirik.
Başımızı qatanda kitabların qəhvəni soyutması və öz cümlə­lərini cibinə qoymağın arzusuyla, yaxşı yol…






Ahmet Batman   SOĞUK KAHVE
Əhməd Batman  SOYUQ QƏHVƏ
Bakı, Qanun Nəşriyyatı, 2017, 240 səhifə, 1000 tiraj
Çapa imzalanmışdır: 21.01.2017

Tərcüməçi: Arzu Həsənli
Redaktor: Flora Əliyeva
Korrektor: Flora Əliyeva

Kitabi Oxu və ya Yuklə  :   PDF


26 Mart 2017 Pazar

Danabas kendinin ehvalatari - Celil Memmedquluzade


Danabaş kəndinin əhvalatları — Cəlil Məmmədquluzadənin povesti.

Cəlil Məmmədquluzadənin 1894-cü ildə yazdığı "Eşşəyin itməkliyi" və "Danabaş kəndinin məktəbi" əsərlərinin ümumi adı. Əsərin əlyazması Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA-nın) Əlyazmaları İnstitutunun fondunda saxlanılır (inventar VI-359 (3595)).[1] Tədqiqatçıların əksəriyyətinin fikrinə görə, Cəlil Məmmədquluzadə bu ad altında silsilə əsərlər yazmağı nəzərdə tutubmuş. Həmin əsərlər "Danabaş kəndinin əhvalatları" ümumi ad - sərlövhə altında birləşəcəkmiş. Onlardan biri ("Eşşəyin itməkliyi") yazılmış, ikincisi ("Danabaş kəndinin məktəbi") yarımçıq qalmışdır. "Danabaş kəndinin əhvalatları" adı isə "Eşşəyin itməkliyi" əsəri üzərində qalmış, bu povest "Danabaş kəndinin əhvalatları" adı ilə məşhurlaşmışdır. Əsər ilk dəfə yazıçının ölümündən sonra ayrıca kitabça kimi dərc olunmuş (1936), sonralar ədibin müxtəlif kitablarına, o cümlədən "Əsərləri" (1936), üçcildlik və altıcildlik "Əsərləri"nin I cildinə (1966, 1983) daxil edilmişdir

Süjet
Əsərin sərlövhəsindən sonra kiçik bir remarka ("Nağıl edibdi lağlağı Sadıq. Yazıya götürübdü qəzetçi Xəlil") və Sokratın sözlərindən epiqraf verilib: "Qəlbimdən gələn səs mənə çox zadlar öyrədir. Haman səs pak və təmiz insafının səsidir ki, hamıda o insaf var. Hər kəs guş-huş ilə onun buyurduğuna qulaq asıb, əmrinə əməl eləsə, çox sirlərdən agah olub, çox şeylər bilər. Sokrat". Üç hissədən ibarət olan "Danabaş kəndinin əhvalatları" "Bir yungülvari müqəddimə" ilə başlanır. Xəlilin dilindən söylənən bu müqəddimədə Danabaş kəndinin iki sakini - qoltuqçu Xəlillə baqqal Sadığın şəxsiyyəti təqdim edilir. Hər kəsə bir ayama-ləqəb qoşulan Danabaşda Xəlilə savadlı olduğu üçün "qəzetçi", Sadığa isə çox və məzəli danışdığına görə "lağlağı" ləqəbi qoyublar. İki ildən bəri dostluq edən bu 30 yaşlı şəxslərin arasında belə bir söhbət olur:
"- Xəlil əmoğlu, mənim bir arzum var.
Dedim:
- Qardaşım, nədir arzun? Dedi:
- Əmoğlu, mən artıq əfsus eləyirəm ki, biz ölüb gedəcəyik, amma bu gözəl əhvalatlar yaddan çıxacaqlar.
Dedim:
- Əmoğlu, heç ürəyini sıxma, mən əhvalatları götürərəm yazıya və bir kitab bağlayıb adını qoyaram "Danabaş...". Biz ölüb gedərik, mən vəsiyyət elərəm ki, mən öləndə məni nə Kərbəlaya aparsınlar, nə də mənə ehsan versinlər... Mən vəsiyyət elərəm ki, var-yoxumu satıb pul eləsinlər və yazdığım əhvalatları versinlər çapa və kitabları müftə paylasınlar ona-buna.
Bu sözləri mən dedim qurtardım və Sadıq cəld yerindən durub gəldi və məni bərk qucaqladı, o üzümdən, bu üzümdən öpdü və ağlaya-ağlaya dedi:
- Əmoğlu, mənim arzum məhz bu idi. Bunu sən əmələ gətirdin, Allah səni hər iki dünyada həsrət qoymasın.
Sonra hər nə Sadığın fikrinə gələrdi, hər bir yaxşı xəbərlər, əhvalatlar eşidərdi, ya qeyri bir mətləb yadına düşərdi, əlüstü gəlib məni tapardı. Mən çıxardardım dəftəri, götürərdim qələmi və yazardım...".
Beləliklə, "Danabaş kəndinin əhvalatları" qələmə alınma səbəbi və şəraiti aydınlaşır. Bundan sonra povestin əsas hissəsi - "Eşşəyin itməkliyi" nağıl olunur. Bu hissədə "D.k.ə."-da Xudayar bəyin özbaşına idarə üsulu, Məhəmmədhəsən əmi və Zeynəbin başına gələn əhvalatlar, onların müsibətləri göstərilir. Povest "Xitamə" adlanan hissə ilə tamamlanır.


Anamin Kitabi Celil Memmedquluzade

ANAMIN KİTABI - bu əsəri çox xoşlayıram.


          "Anamın kitabı"- 1920-ci ildə Cəlil Məmmədquluzadə tərəfindən qələmə alınıb.  
Cəlil Məmmədquluzadənin bu dram əsəri XX əsrin əvvəllərindəki Azərbaycan cəmiyyəti, xüsusilə də Azərbaycan ziyalıları haqqındadır. Pyesin əsas ideyası Vətənə, xalqa, ana dilinə sadiq olmağa çağırışdır. Əsərdə müxtəlif dövlətlərə meyli olan ziyalıların səhv yol tutduqları tənqid olunur. Müəllifə görə, xalqın nicat yolu kiminsə, hansı dövlətinsə ağuşuna atılmaq yox, Vətən ideyası ətrafında birləşməkdədir.

Əsərin əsas surətləri bir atanın, bir ananın övladları olan üç qardaşdır: Rüstəm bəy, Mirzə Məmmədəli və Səməd Vahid. Bu qardaşlar ilk növbədə geyimləri ilə fərqlənirlər. Rusca ali təhsil almış Rüstəm bəy "intelligent" paltarındadır, yəni pidjak və jilet geyib, qalstuk taxır. İranda oxumuş Mirzə Məmmədəlinin başında uca İran börkü, əynində uzun İran geyimi.. İstanbulda oxumuş Səməd Vahid isə başına qırmızı fəs qoymuşdur. Qardaşların geyimləri kimi zövqləri, dünyagörüşləri də fərqlidir. Ataları mərhum Əbdüləzim vətənpərvər və qeyrətli bir kişi olduğu halda , oğlanları milli ənənələrdən tamam uzaqdılar, demək olar ki, yaddırlar. Onlar təhsil aldıqları dillərə meyl göstərirlər Onlar o qədər fərqlidilər ki, bir ailədə, bir otaqda belə qalıb işləyə bilmirlər.

Qardaşların bütün günü evdə kitab oxumaları hökümət nümayəndələrini şübhəyə salır. Senzor Mirzə Cəfərin bu 3 qardaşın kitablarını yoxlamaq üçün gəlişi səhnəsində onlar arasında daha bir neçə fərq olduğu anlaşılır. Məlum olur ki, qardaşların soyadları müxtəlifdir, kitabları da bir-birindən fərqlənir. Rüstəm bəy Əbdüləzimovun kitabları lüğətlərdən ibarətdir, Mirzə Məmmədəli xələfi-mərhum Əbdüləzimin kitabları günün tutulması haqqında, Əbdüləzimzadeyi- Səməd Vahidin kitabları isə "həpsi əşardır"- yəni şer və əruz haqqındadır.

Əsərdəki hadisələr son nəticədə Vətəni təmsil edən Ananın, yəni Zəhrabəyim surətinin üzərində mərkəzləşir. Oğullarının bir-biri ilə dil tapa bilməmələri ananı dərdə salır. Ananın sözlərinin təsirsiz qaldığını görən Gülbahar qardaşlarının bir-biri ilə yadlaşmasında onların kitablarını günahkar bilir. Buna görə də o həmin kitabları yandlıraraq, anasının qoynunda gəzdirdiyi vəsiyyəti oxuyur. Müəllifin "Anamın kitabı" rəmzi adını verdiyi bu kitab əslində Vətənin kitabıdır. Kitabda ata öz övladlarına Ana ətrafında birləşməyi vəsiyyət edir.

Cəlil Məmmədquluzadənin "Anamın kitabı"pyesi yüksək ideyasına və dərin məzmununa görə bu gün də böyük tərbiyəvi əhəmiyyət daşıyır.


Jane Austen "Eşq və Qürur"

Jane Austen "Eşq və Qürur"





Jane Austen "Eşq və Qürur"... Klassik dövr romanları arasında əhəmiyyətli bir yerə sahib olan "Eşq və Qürur" 18-ci əsr İngiltərəsində keçən unudulmaz bir eşq hekayəsini mövzu alır. Orta səviyyəli bir ailənin ağıllı və şən qızı ilə qürurlu və məğrur olmasının yanında son dərəcə dürüst və varlı gənc bir adamın az qala nifrətlə başlayan əlaqələrinin böyük bir eşqə dönüşünü izah edən bu kitabda, biri qürurlu digəri qərəzli iki insanın zaman irəlilədikcə yanıldıqlarına və bir-birlərinə etdikləri o qədər haqsızlığın yalnız eşqlə kompensasiya edilə biləcəyinə şahid olacaqsınız. 

Səhifə sayı : 444
                                                                      

22 Şubat 2017 Çarşamba

Cek London OYUN

                                                     Cek London OYUN



Kitabın təsviri 1

Kitaba oxucuların rəğbətini qazanmış məşhur yazar Cek Londonun Oyun romanı ilə yanaşı, silsilə hekayələri də yerləşdirilib. Romanda muzdlu döyüşən Co adlı boksçunun faciəvi həyatından danışılır. Sevgilisi onun döyüşməsinə narazı olsa da o bu döyüşlərdə iştirak etməyə məcburdur. Boksçu son dəfə toy günü rinqə çıxır.


Kitabın təsviri 2

Kitaba dünya şöhrətli yazıçı Cek Londonun “Oyun” adlı romanı və silsilə hekayələri daxil
edilib. “Oyun” romanında pul qarşılığında döyüşən Co adlı boksçunun fa- ciəvi taleyindən
bəhs olunur.
Conun sevgilisi Cenevyeva onun döyüşməsinə qarşı olsa da, o, müəyyən səbəblərə görə
döyüşməyə məc-bur-dur. Co, toy günündə sonuncu dəfə rinqə çıxır və bu onun son döyüşü
olur.

Kitaba daxil edilən hekayələr bir-birindən maraqlı və oxunaqlıdır.



                                                                                   YÜKLƏ

ÇARLZ BUKOVSKİ QADINLAR

ÇARLZ BUKOVSKİ QADINLAR





Ön söz!
Əgər qadın kimi doğulsaydım, mütləq fahişə olardım. Kişi kimi doğulduğum üçün ürəyim həmişə qadın istəyir, nə qədər dərinlərdədirsə, bir o qədər yaxşıdır... Buna baxmayaraq qadınlar (yaxşı qadınlar) həmişə məni qorxudublar, çünki hər dəfə bütün ruhi gücümü ələ keçirtmək istəyiblər. Onda bəs özüm üçün qoruyub saxlayacağım nə qalacaqdı? Doğrusu, daim fahişələri, həyatın dibinə düşmüş qadınları arzulamışam, çünki onlar duyğusuz və qəddardırlar, heç bir kənar şey tələb etmirlər. Onlar çıxıb gedəndə heçnə itirmirsən. Bununla bərabər ağlasığmaz qiymətlərinə baxmayaraq, zərif, xeyirxah qadına həsrət çəkmişəm. Hər iki harlda itirdim. Güclü adam olsaydım ikisindən də imtina edə bilərdim. Mən güclü deyiləm. Beləcə qadınlarla, qadın düşüncəsiylə əlləşib-vuruşdum.

Yükləmə linki:

4 Ocak 2016 Pazartesi

Bozun əlli çaları - E. L. Ceyms

Bozun əlli çaları - E. L. Ceyms

Kitab Müəllifi: E L.Ceyms
Redaktor: Tərlan Mövlamov
Janr: +18 
Nəşriyyat: Vivobook və Qanun
Kitabın dili: Azərbaycan

Kitab haqqında
"Bozun əlli çaları" E. L. Ceymsin (əsl adı Erika Leonarddır) trilogiyasından birinci kitabdır. Hazırda dünyanın bir çox ölkələrində satış rekordları qıran bu əsəri bir çox tənqidçilər "analar üçün porno" adlandırıblar. Erotik məzmunlu "Bozun əlli çaları" 22 yaşlı universitet məzunu Anasteyşa Stilin hekayətidir. Təsadüfən 27 yaşlı biznes-maqnat Kristian Qreydən müsahibə almağa yollanan qız az sonra mürəkkəb intim münasibətlərə cəlb olunur. Bəyəndiyi yaraşıqlı kişini sadomazoxist meyillərdən uzaqlaşdırmağa çalışan Anasteyşa Stil tədricən onun seksual köləsinə çevrilir, lakin daha sonra normal eşq istəyi onu bu əsarətdən qurtulmağa sövq edir.

Yükləmə keçidi: http://bc.vc/gblKqd

Qeyd yükləmək üçün reklam olan səhifənin yuxarısında olan geç yazısının üzərinə basmalıyıq...

Mənim fikrimcə çox gözəl kitabdır. Ancaq 18 yaşından aşağı uşaqlar oxusa böyük zərərlər görə bilər...

19 Aralık 2014 Cuma

Mənəviyyat məsnəviləri. I kitab

Mövlana Cəlaləddin Rumi Xarəzm Türklərindəndir. О, 1207-ci ildə Bəlx şəhərində anadan оlmuşdur. Uşaqlıq illərində atası Bəhaəddin Vələdlə birlikdə Kiçik Asiyaya köçərək Kоnya şəhərini özlərinə vətən sеçmişlər. Rumi 1273-cü ildə vəfat еtmişdir. О, şərq ədəbiyyatı tarixində üç dildə (Türk, Fars, Ərəb) şеr yazmağı bacaran ən məşhur Türkdilli şairlərdəndir. Rumi bir sıra fəlsəfi əsərlərin müəllifidir. Lakin dünya ədəbiyyatı tarixində ömrünün sоn illərində yazdığı «Məsnəviyе - Mə‘nəviye - Mouləvi» (yə‘ni Mövləvinin Mə‘nəviyyat Məsnəviləri) Rumiyə böyük şöhrət qazandırmışdır. Bu əsərdə Rumi özünün dini- fəlsəfi görüşlərinin şərhini vеrmişdir. О bu əsərində Şərq əfsanə, təmsil və rəvayətlərindən gеniş istifadə еtmişdir.Məsnəvilərin əksəriyyəti dini rəvayətlərdir. 


9 Aralık 2014 Salı

Incognito - Beynin Gizli Hayatı

Incognito - Beynin Gizli Hayatı

29 Kasım 2014 Cumartesi

Ehtimal nəzəriyyəsi və riyazi statistika

Ehtimal nəzəriyyəsi və riyazi statistika

"Ehtimal nəzəriyyəsi və riyazi statistika elminin formalaşmış
bir sahə kimi inkişafında, XX əsrin 30-cu illərində akademik
A. N. Kolmoqorovun təklif etdiyi və elmin bu sahəsinin əsaslarını
təşkil edən aksiomatika yeni inkişaf dövrü yaratdı. Bu aksiomatikanın
yaranmasına və ümumiyyətlə, ehtimal nəzəriyyəsinin inkişafına
dünyanın tanınmış riyaziyyatçılarının nəşr etdirdikləri müxtəlif
elmi əsərlərin təsiri danılmazdır. Bu əsərlər arasında
P. Laplasın «Essai philosophique sur les probabilités», V. Ya. Bunyakovskinin
«Oснования математической теории вероят-
ностей», S. N. Bernşteynin «Oснования математической теории
вероятностей» adlı əsərlərini xüsusi qeyd etmək olar. Qeyd olunan
əsərlər və A. N. Kolmoqorovun ehtimal nəzəriyyəsi haqqında yazdığı
«Большая Советская энциклопедия»-da (birinci nəşr) dərc
olunmuş ensiklopedik məqalələr həmin sahə haqqında geniş məlumat
verən, bu sahənin incəliklərini dərindən əks etdirən, zəngin və
tamamlanmış elmi əsər kimi təqdim oluna bilər.
Adları yuxarıda çəkilən əsərlər ehtimal nəzəriyyəsinin klassik
ədəbiyyatı kimi qəbul oluna bilinər. Bu əsərlərdə ehtimal nəzəriyyəsi
fəlsəfəsinə baxış, ehtimal anlayışına müxtəlif yanaşmalar, əsas
fundamental anlayış və nəticələr təqdim olunur və artıq bu sahənin
riyaziyyatın ayrılmaz bir hissəsi olduğu təsdiq olunur."
TƏRCÜMƏYƏ ÖN SÖZ
AMEA-nın müxbir üzvü, f.-r. e. d., professor A. H. HACIYEV



                                                                           Yüklə



Kitabın Kateqoriyası: Riyaziyyat , Riyaziyyat elmi
Kitabın dili : Azərbaycan
Kitabın Müəllifi: Həqiqət Əhmədova Azərbaycan 
MüəllifTərlan Mövlamov

28 Kasım 2014 Cuma

Insanciklar

İnsancıklar 


İnsancıklar (Rusça: Бедные люди, Bednye Lyudi), 19. yüzyıl Rus yazarlarındanDostoyevski'nin ilk romanı (1846). İlk Rus toplumsal romanı sayılır. Romanın ana teması diğer Dostoyevski romanlarında olduğu gibi "acıma"dır. Eserin ortaya çıkışı ilginçtir:
Yazar eseri bitirir bitirmez bir arkadaşına (Grigoroviç) okutur, o da eserden o kadar etkilenir ki romanı hemen gecenin bir yarısı döneminin önemli şairlerinden Nikolay Nekrasov'a götürür. Romanı "başyapıt" olarak tanımlayan Nikolay Nekrasov, ertesi gün romanın el yazmalarını yakın arkadaşı ve döneminin saygın eleştirmenlerindenBelinski'ye götürür. Belinski de romanı kısa sürede okur ve roman hakkında şunları yazar:
« İki gündür kendimi bu kitaptan uzaklaştıramıyorum. Yeni bir yazar, yeni bir yeteneğin kalemi bu; onu tanımıyorum, kimdir, neye benzer bilmiyorum ama bu roman Rusya'da hayatın sınırlarını öyle kahramanlara veriyor ki bize, bundan önce hiçbir yazar bu kadarını düşlerinde bile göremezdi... Rusya yeni bir Gogolkazandı. »
Olaylar o kadar hızlı gelişir ki Dostoyevski bile buna şaşırır. Roman Dostoyevski'nin büyük umutlarıyla yayımlanır ve Dostoyevski bir anda tanınan bir yazar durumuna gelir. Böylece daha ilk eserinde başarıyı yakalar.
İnsancıklar, mektup-roman tarzında kaleme alınmış kısa ve toplumsal içerikli bir romandır. Dostoyevski'nin acıma duygusu daha bu ilk eserinde bile belirgindir. Roman, yaşlı bir katibin küçük bir kıza olan aşkını ve bu kıza karşı gösterdiği saygınlık çabalarını konu alır. İnsancıklar Dostoyevski'nin ilk yapıtı olmasına rağmen en önemli romanlarından biri sayılır.
                                                             Yüklə
Kitabın Müəllifi: Sultan Məmmədov 
Müəllif: Tərlan Mövlamov

27 Kasım 2014 Perşembe

Hekayələrimdən!

Bəzən həyat insanı incidir... Əzab verir. Heç yorulmadan işləyirsən və bunların əvəzi olaraq aldığın şey böyük bir heç olur. Bax ən çox o zaman yanır insanın canı. Halbuki sənin yanındaykən həyat məni incitmir, əksinə gülümsəyir mənə. Zaman dayanır səninləykən, saniyələr keçmir, dəqiqələr ötmür. Böyük bir xoşbəxtlik bürüyür dünyanı... Sevgin ümidsizlərə belə ümid işığı olur.

Sən varsan deyə günəş də gülür mənə, ay da, dünya da...♥ ♥ ♥

Səni sevmək o qədər gözəldir ki... 


Yağış olub eşqini yağdırırsan üzərimə, günəş olub isidirsən içimi, dünya olub dönürsən ətrafımda...♥ ♥ ♥

Məni xoşbəxt edə bilmək üçün getdiyin yolda qar demədin, yağış demədin, nəfəssiz qaldın amma dayanmadın, yorğunluqdan ağlamadın.

Çünki çox sevdin məni, mən də səni... ♥ ♥ ♥

Bir roman yazdın mənim üçün...
Hər kəs bizim romanımızı oxuyarkən baxışlarımda itmək, dərinlərdə uzun bir səfərə dalmaq bəs etdi sənə. Bax buna görə çox sevdim səni. Buna görə sənə olan sevdim illərdir heç azalmadı, əksinə hər gün, hər dəqiqə, hər saniyə bir az daha artdı.♥ ♥ ♥

Yalnız mən oldum yanında, mənim də yanımda yalnız sən oldun...
Yaşatdığın bütün gözəlliklər üçün təşəkkür edirəm sənə. ♥ ♥ ♥
Yaxşı ki, varsan!!! 
Yaxşı ki, varsan!!!

23 Kasım 2014 Pazar

Orhan Pamuk-Kar




Türklerin Bunun haqqında yazdıqları :
On iki yıldır Almanya'da sürgün olan şair Türkiye'ye dönüşünden dört gün sonra, bir söyleşi için Kars şehrinde bulur kendini. Ağır ağır ve hiç durmadan yağan karın altında sokak sokak, dükkân dükkân bu hüzünlü ve güzel şehri ve insanlarını tanımaya çalışır. Kars'ta ağzına kadar işsizlerle dolu çayhaneler, dışarıdan gelmiş ve kardan mahsur kalmış gezgin bir tiyatro kumpanyası, intihar eden ve türban direnişi yapan kızlar, çeşitli siyasal gruplar, dedikodular, söylentiler, Karpalas Oteli ve sahibi Turgut Bey ile kızları İpek ve Kadife ve Ka için bir aşk ve mutluluk vaadi vardır. Orhan Pamuk bu kitabını postmodern olduğunu ve aynada gözüken şeyleri, aynayı dürüstçe tartıştığını söylemektedir. Kitabında kendisinin Türkiye'nin hikâyelerini anlattığını belirtmektedir.


Kitabın Müəllifi: Orxan Pamuk
MüəllifTərlan Mövlamov